Çin Ayın digər tərəfinə missiya göndərmək niyyətindədir
Çin mayın 3-də Ayın uzaq tərəfinə missiya göndərəməyə cəhd edəcək.
APA “The Guardian“a istinadən xəbər verir ki, bu, 2030-cu ilə qədər planlaşdırılan üç missiyadan birincisidir.
Bildirilib ki, pilotsuz “Chan-e-6-“ gəmisinin mayın 3-də işə salınması gözlənilir.
Missiya həmçinin Çinin əsas rəqibi olan ABŞ-nin Pekinin geosiyasi niyyətləri ilə bağlı narahatlıqlarını artırıb.
NASA artıq bu buraxılışı yeni “kosmik yarış” adlandırıb.