Gənclərin təltif olunması
Bu gün mən Gülnar Ələsgərova və Vətən müharibəsi Şəhidi Ziyad Muradxan oğlu Muradovun qardaşı Nicad Muradov Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon sədri Ədhəm Məmmədov tərəfindən birliyin üzvü olaraq vətənpərvərlik məqsədi ilə keçirilən tədbirlərdə göstərdiyimiz fəal xidmətlərə görə “Fəxri Diplom” ilə təltif olunduq.
Təşkilatımızın adını hər zaman və hər yerdə ən yüksək səviyyədə təmsil etmək üçün bizə motivasiya olan Fəxri diplomla təltif edildiyimiz üçün belə təşkilati işlərdə biz gənclərə dəstək olan, bizlərə doğru yol göstərən Milli Qəhrəmanlar Təşkilatının Nərimanov rayon sədri Ədhəm Məmmədova xüsusi minnətdarlığımızı bildiririk.
GÜLNAR ƏLƏSGƏROVA
VƏTƏNQƏHRƏMANLARI.AZ