Siyası Online Qəzet

Fuad Muradov: “Kayseridə “Şuşa” evinin açılması Azərbaycan mədəniyyətinin tanıdılmasına öz töhfəsini verəcək”

Şuşada davam edən quruculuq işləri Azərbaycan diasporası tərəfindən də müsbət qiymətləndirilir.

 

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Diaspora Komitəsinin sədri Fuad Muradov Türkiyənin Kayseri şəhərində “Şuşa” Azərbaycan evinin açılış mərasimi çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Diaspora da öz növbəsində həyata keçirdiyi bütün tədbirlərdə Qarabağ, xüsusən də Şuşanı, gündəmə gətirməyə çalışır. Komitə sədrinin sözlərinə görə, turistlərin axın etdiyi Kayseri şəhərində “Şuşa” Azərbaycan evinin açılması Azərbaycan mədəniyyətinin tanıdılmasına öz töhfəsini verəcək.