Sumqayıtda 59 yaşlı kişinin meyiti tapılıb
Sumqayıtda 59 yaşlı kişinin meyiti tapılıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə “Ceyranbatan bağları” ərazisində fərdi evlərin birində qeydə alınıb.
1965-ci il təvəllüdlü Baxşəliyev Ələmşah Mirələm oğlunun meyiti yaşadığı evdə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.