Belə şeylərlə zarafat etmirəm, çiməcəm – Makron
Fransa Prezidenti Olimpiya Oyunları ərəfəsində həqiqətən də Sena çayında üzəcəyini təsdiqləyib.
Axar.az “Le Fiqaro”ya istinadən xəbər verir ki, dövlət başçısı Sen-Deni Olimpiya Su İdmanı Mərkəzinin açılışında iştirak edərkən deyib.
“Belə şeylər haqqında zarafat etmək vərdişim yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, martın əvvəlində Makron bir gün Sena çayında çiməcəyini vəd edib və izdihamın olmaması üçün tarixi əvvəlcədən elan etməyəcəyini zarafatyana formada söyləyib.