Siyası Online Qəzet

45 nömrəli tam orta məktəbdən Şəhid Milli Qəhrəman İlqar İsmayılovun xatirəsinə hörmətsizlik!!!

Bu gün Şəhid Milli Qəhrəman İlqar İsmayılovun mövlud günü münasibətilə Nərimanov rayonu ərazisində yerləşən qəhrəmanımızın orta təhsilini aldığı 45 nömrəli tam orta məktəbin qarşısında yerləşən büstünü ziyarət etdik. Gördüyümüz mənzərə bizi heyrətə gətirdi. Qəhrəmanımızın büstü çirkab içərisində idi və hətta, bu bərbad vəziyyət qarşısında məktəbdə vəzifə daşıyan şəxslərdən biri büstün bu gün təmizləndiyini qeyd etdi. Lakin hər şey göz önündə idi. Hətta, məktəb rəhbərliyi Qəhrəmanımızın bu gün mövlud günü olmasından belə bixəbər idi.

Şəhid Milli Qəhrəmanlarımıza olan bu hörmətsizliyi nəyə borcluyuq?!

Ədhəm Məmmədov

Vətənqəhrəmanları.az saytının təsisçi direktoru