Siyası Online Qəzet

Bakıda piyadanı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

 

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Heydərov Elbrus Akif oğlunu avtomobil vurub.

 

Yaralı xəstəxanaya çatdırılıb.

 

Fakt araşdırılır.