Odessanın raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb – YENİLƏNİB
Odessaya raket hücumu nəticəsində xəsarət alanların sayı 73 nəfərə çatıb, ölənlər arasında polis əməkdaşı da var.
“Report” “RBK Ukraina”-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
Onun sözlərinə görə, hazırda 16 nəfərin, o cümlədən Dövlət Fövqəladə Hallar Xidmətinin (DFHX) əməkdaşının öldüyü məlumdur. “Təəssüf ki, Milli Polisin şəxsi heyəti arasında da itkilərimiz var. Güclü, qorxmaz döyüşçülər idilər”, – o deyib.
Ukrayna DİN başçısı qeyd edib ki, xilasedicilər zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerinə gedərkən şəhərə yenidən raket zərbələri endirilib.
16:17
Ukraynanın Odessa şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 8 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb.
“Report” “RBK-Ukraina”-ya istinadən xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu və Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, ölənlər arasında Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları və feldşer də var.
Məlumata görə, ölənlərin sayı arta bilər.