Siyası Online Qəzet

Şarl de Qollun nəvəsi: Makronun siyasəti Üçüncü Dünya müharibəsinə səbəb ola bilər

Fransa prezidenti Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyətlə bağlı davranışı ilə dünyanı Üçüncü Dünya müharibəsinə doğru sövq edə bilər.

 

Report” xəbər verir ki, bunu Fransanın eks-prezidenti, general Şarl de Qollun nəvəsi Pyer de Qoll Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski ilə görüşdən sonra jurnalistlərə bildirib.

 

Jurnalistlər Pyer de Qolldan Fransa prezidentinin Ukraynada xarici hərbi kontingentin olması ehtimalı ilə bağlı bəyanatlarına münasibət bildirməyi xahiş ediblər:

 

“Bu, bizim müharibəmiz deyil və buna həm Fransa xalqı, həm də bütün Avropa xalqları əmindir. Təəssüf ki, indi Fransada prezident Makron səlahiyyət müddətinin qanunsuzluğuna haqq qazandırmaq üçün Ukraynadakı münaqişəni uzatmağa çalışır”,- deyə o qeyd edib.

 

Onun sözlərinə görə, indiki Fransa hakimiyyəti həm ölkə əhalisinə, həm də bütün Avropanın əhalisinə yalan danışmağa öyrəşib:

 

“Sorğuların və seçkilərin nəticələrinin göstərdiyi kimi, bu şərait, acınacaqlı davranış, uyğunsuzluq, təəssüf ki, bizi daha böyük təhlükəyə, yəni Üçüncü Dünya müharibəsinə apara bilər. Bu risk indi həmişəkindən daha böyükdür”.