Siyası Online Qəzet

Qarabağ” bu gün “Bayer 04” ilə üz-üzə gələcək

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxacaq.

 

“Report”un məlumatına görə, Azərbaycan çempionu Almaniyada “Bayer 04” komandası ilə üz-üzə gələcək.

 

“BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.

 

UEFA Avropa Liqası

 

1/8 final mərhələsi, cavab oyunu

 

14 mart

 

00:00. “Bayer 04” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

 

Baş hakim: Entoni Teylor.

 

Leverkuzen, “BayArena”.

 

İlk oyun – 2:2.