Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın şəhadət günü

Bu gün Şəhid Milli Qəhrəman Elgiz Kərim oğlu Kərimovun şəhadətindən daha bir il ötür.

Elgiz Kərim oğlu Kərimov 1971-ci il yanvar ayının 5-də Bərdə rayonunda doğulmuşdur. Orta təhsilini Bərdə rayon kənd orta məktəbində aldıqdan sonra hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətini başa vurduqdan sonra isə Azərbaycana qayıdan Elgiz könüllü olaraq ordu sıralarına qoşulmuş və Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni əsgərlərini məhv etdi.

O, mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün 1992-ci il martın 12-də Naxçıvanik kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı. Döyüşçülərimiz azad edildi. Ancaq Elgiz özü qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Qəhrəmanımız Bərdə rayonunda dəfn edilmişdir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin  Elgiz Kərim oğlu Kərimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ