Siyası Online Qəzet

Gənc Fəaldan Yeni Addımlar

Bu gün gənc xeyriyyəçi, ictimai fəal Ceyhun Süleymanov Milli Qəhrəmanlar Təşkilatının Nərimanov rayon nümayəndəliyinin qonağı oldu.

 

O, həmişə olduğu kimi bu dəfəki görüşdə də Milli Qəhrəmanların, Vətən Müharibəsi Qəhrəmanlarının, həmçinin, Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün yeni guşənin açılması ilə bağlı və onların ailə üzvlərinə dəstək olmaq məqsədilə yeni ideyalar irəli sürdü.

Belə ki, Ceyhun Süleymanov Qəhrəman ailələrinin, Şəhid ailələrinin və qazilərimizin ərzaq yardımı ilə təmin olunmasında həmişə yaxından iştirak etmiş biri olaraq bu ildə həmin ailələrin bayram payı ilə təmin edilməsində onun da köməyinin olacağını xüsusi vurğuladı.

 

Sonda isə gənc fəal təkcə əlamətdar günlərdə deyil, ilin hər günü Qəhrəman ailələrinin, Şəhid ailələrinin və həmçinin qazilərin yanında olduğunu və olacağını nəzərə çatdırdı.

Milli Qəhrəmanlar Təşkilatının Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov gənc fəal və xeyriyyəçi Ceyhun Süleymanova həm təşkilat adından, həm də Qəhrəman ailələri adından minnətdarlığını bildirdi.

Sonda isə xatirə şəkilləri çəkdirildi.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq gənc fəal və xeyriyyəçi Ceyhun Süleymanova işlərində uğurlar arzulayırıq.

VƏTƏNQƏHRƏMANLARI.AZ

NƏRMİN SƏFƏROVA