Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövlud günüdür

Bu gün Azərbaycan Respublikasının Şəhid Milli Qəhrəmanı Rövşən Əbdülhüseyn oğlu Abdullayevin mövlud günüdür.
Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur.
Orta təhsilini isə Astara rayonunun 1 saylı orta məktəbində almış, daha sonra  Sankt-Peterburq Ali Hərbi-Siyasi Məktəbinə daxil olur. Ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər DİŞ-nə verilsə də, onun təkidlərindən  təyinatını Azərbaycana dəyişdirilir.
O, Azərbaycana qayıdan kimi Respublika DİN-nin nəzdindəki daxili qoşunların tərkibində fəaliyyətə başlayır, bir müddətdən sonra isə 70 nəfərdən ibarət dəstənin tağım komandiri kimi Zəngilana göndərilir.
13 sentyabr 1992-ci il Zəngilan rayonu uğrunda gedən qızğın döyüşlər nəticəsində  Rövşən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Düşmən ordusunu qorxuya salan Rövşən ağır yaralanır, xəstəxanaya çatdırılmasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Subay idi.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerikdə mədəniyyət evi və küçə var.
Allah rəhmət eləsin!

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ