Siyası Online Qəzet

2023-cü ildə Qarabağda baş vermiş ən önəmli hadisələr

30 il sonra Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçdi. Azərbaycanın 2020-ci ildə keçirdiyi hərbi əməliyyatlardan sonra Qarabağdakı separatçı rejim və 100 mindən çox qarabağlı erməni kiçik bir bölgədə qalmışdı.

BBC NEWS Azərbaycan –ın verdiyi məlumata əsasən, 2023 -cü ilin aprel ayında Azərbaycan Dövlət Sərhəd Xidməti Laçın dəhlizi kimi tanınan ərazidə sərhəd keçid məntəqəsi yaratdığını elan edib orada post qurdu. Bununla Qarabağ ermənilərinin Ermənistana yolu kəsildi.

Bundan sonra Qarabağda yaşayan 100 mindən çox etnik erməni ərzaq böhranı ilə üzləşdiyini dedi, ancaq Azərbaycanın onlara göndərdiyi yardımı qəbul etmədi.

Sentyabrın 19-da Azərbaycan “anti-terror ” tədbirləri həyata keçirdilər. Separatçılar təslim oldu. İki tərəfdən itkilərin sayı 400-ə yaxın idilər.

Qarabağdan qaçqın axını başladı və Ermənistana görə, 100 min erməni Qarabağı tərk etdi.

Qarabağın separatçı liderləri saxlandı və ya təslim oldu və hazırda Bakıda həbsdədirlər.

İlsonuna doğru, oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırdı.

İkinci Qarabağ müharibəsində Şuşanın azad edildiyi gün kimi qeyd edilən noyabrın 8-də Azərbaycan ordusu və təhlükəsizlik qüvvələrinin iştirakı ilə Xankəndidə hərbi parad keçirildi.

2020-ci ildəki müharibədən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərə köç təşkil etməyə başlayıb. Zəngilanın Ağalı kəndindən başlayaraq Füzuli şəhərinə, Laçının Zabux kəndinə, Laçının rayon mərkəzinə, Tərtərin Suqovuşan qəsəbəsinə və başqa yerlərə əvvəllər bu torpaqlardan məcbur köçürülmüş yüzlərlə insan qaytarılıb.

Sentyabrın 19-da Azərbaycanın keçirdiyi bir günlük hərbi əməliyyatlardan sonra Qarabağdan qaçan etnik ermənilərin əksəriyyəti Ermənistanın müxtəlif bölgələrinə və paytaxt Yerevana sığınıb.

Ermənistan mediasının məlumatına görə, Qarabağdan köçən ermənilərin bir hissəsi Ermənistanı tərk edib Rusiyaya gedib.

Həm Ermənistan, həm də Azərbaycan rəsmilərinin müsbət bəyanatlarına görə, tərəflər arasında bu ilin sonunda sülh sazişi imzalanmasına ümidlər olsa da, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hələ ki, imzalanmayıb.