Siyası Online Qəzet

Vətən Müharibəsi Qəhrəmanının anım günü

Bu gün Şəhid Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anım günüdür.

 

Elçin Mansurov  25 noyabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır.

Ömrünün ən gözəl illərini Vətənə xidmət edərək keçirən Mayor Mansurov həmişə ən çətin təlimlərdə və əməliyyatlarda xüsusi şücaətilə seçilirdi və həmçinin, 2016-cı il Aprel döyüşlərində də iştirak etmişdir.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində də Füzuli rayonunun azadlığı uğrunda gedən qızğın döyüşlərdə düşmən postunu ilk yaran Elçin 27 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Və ölümündən sonra Azərbaycan Respublikası Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı “ adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov və heyəti Qəhrəmanımızın ailə üzvləri ilə birgə 2-ci Fəxri xiyabanda yerləşən məzarını ziyarət edib şəhidimizin ruhuna dualar oxudular.

Biz də Vətənqəhrəmanları.az saytı olaraq qəhrəmanımıza Allahdan rəhmət və ailəsinə səbr diləyirik.
Allah rəhmət eləsin!
Vətənqəhrəmanları.az
Nərmin Səfərova