Siyası Online Qəzet

“Müasir tibbdə Kistoz Fibroz: Standart müalicədən modulyator müalicəsinə doğru” adlı tədbir keçirilib

15.11.2023-cü il tarixində Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmus “Müasir tibbdə Kistoz Fibroz: Standart müalicədən modulyator müalicəsinə doğru” adlı tədbir keçirilib.

İki hissədən ibarət tədbirin birinci hissəsində rəsmi qurumlarla dairəvi masa keçirilmişdir.

Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyinin sədri Səadət xanım Bayramova birliyin altı (6) illik fəaliyyəti ilə əlaqədar hesabat xarakterli təqdimat etmişdir.

Dairəvi masa zamanı Kistoz fibrozdan əziyyət çəkən insanların (əksəriyyəti uşaqlar ) periodik müayinələrinə, dərman təminatına, eləcə də Kistoz fibrozun müalicəsində beynalxalq təcrübəyə dair aktual mövzularda təqdimatlar edilmiş ,dəyirmi masa ətrafında geniş müzakirə edilmişdir.

Tədbirin ikinci hissəsi elmi-praktiki konfransda tibbin müxtəlif sahələrində ixtisaslaşmış yerli və xarici mütəxəssislər Kistoz fibroz xəstələrinin müalicəsində müasir yanaşmaya, eyni zamanda bu xəstələrin fiziki sağlamlığı ilə yanaşı ruhi sağlamlığının da diqqət alınmasına dair maraqlı təqdimatlarla çıxış etmişdir.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.