Murmanskda yaşayan soydaşlarımızın həmrəyliyi və təhlükəsizliyi diqqət mərkəzindədir
14 noyabr 2023-cü ildə Murmansk Arktika Universitetinin Koordinasiya Mərkəzi, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin ekstremizmə qarşı Mübarizə Mərkəzi və “Gənclərin birlik mərkəzi” Murmansk vilayətinin milli-mədəni ictimai təşkilatlarının nümayəndələri ilə “Cəmiyyətin radikallaşması və ekstremizm” mövzusunda tədbir keçirilib.
Bu haqda saytımıza Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədr müavini Mehdi Fəyyazlı məlumat verib.
Tədbirdə milli-mədəni ictimai təşkilatlarının nümayəndələri ilə yanaşı Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədri Afil Hüseynov iştirak ediblər. Afil Hüseynov öz çıxışında Murmansk şəhərində yaşayan soydaşlarımızın həmrəyliyi, onların təhlükəsizliyi və birliyi haqqında məlumat verib.