Siyası Online Qəzet

Şəhid Milli Qəhrəman anıldı

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Şəhid Milli Qəhrəman Əsəd Əsədovun ailəsini ziyarət etdi.

 

Bu gün Şəhid Milli Qəhrəman, pilot Əsədov Əsəd Soltan oğlunun şəhadətindən daha bir il ötür.

Bu münasibətlə Milli Qəhrəmanlar Birliyinin sədri Elşən Uluxanlı öz heyəti ilə birgə qəhrəmanımızın ailəsini ziyarət edib.

Ehsan süfrəsi arxasında qəhrəmanımızın ailə üzvləri Əsədlə olan xatirələrini bölüşdülər.

Sonda isə tədbir iştirakçıları qəhrəmanımızın ruhuna dualar oxudular və xatirə şəkilləri çəkdirdilər.

Allah rəhmət eləsin!

Vətənqəhramanları.az

NƏRMİN SƏFƏROVA