Binəqədi rayonunda Şəhid Milli Qəhramanlara qarşı hörmətsizlik – VİDEO
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Milli Qəhrəmanlara qarşı hörmətsizlik olunub.
Bu barədə Vetenqehremanlari.az-a Azərbaycan Respublikası Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov deyib.
Onun sözlərinə görə, Binəqədi rayonunda yerləşən Milli Qəhramanları Tanıtma İctimai Birliyinin ofisinin qarşısı sözün əsl mənasında zibilliyə çevrilib.
“Dəfələrlə etdiyimiz xəbərdarlığa baxmayaraq ofisin qarşısı müəyyən şəxslər tərəfindən yenidən zibilliyə çevrilir. Çox təəssüflər olsun ki, aidiyyatı qurumlar buna göz yumur”, – deyə birlik sədri əlavə edib.