Siyası Online Qəzet

Mayor Elxanın ailəsi ziyarət edildi

Hər iki Qarabağ savaşında ailənin iki üzvünü şəhid verən Nəcəfi ailəsi ziyarət edildi.

 

22 oktyabr 2023 – cü il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov öz heyəti ilə birgə və Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı – kulturoloq Aydın Xan Əbilov 2023 – cü ilin sentyabrında Azərbaycan Respublikasının torpaqlarının bütövlüyünün bərpa olunması üçün həyata keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Mayor Nəcəfi Elxan Şükür oğlunun ailəsini ziyarət edib.

Həyat yoldaşı Şükürü birinci Qarabağ savaşında və ailənin böyük övladı olan oğlu Elxanı antiterror əməliyyatları zamanı şəhid verən Afət xanım və Mayor Elxanın həyat yoldaşı Əsmayə xanım Elxan haqqında xatirələrini bölüşdülər və həmçinin, gələn qonaqlara onları ziyarət etdikləri üçün öz dərin minnətdarlıqlarını bildirdilər.

Daha sonra Ədhəm Məmmədov şəhidimizin anası Afət xanımı ” Qəhrəman Ana” fəxri diplomu ilə, həyat yoldaşı Əsmayə xanımı isə “Fədakar Həyat Yoldaşı” fəxri diplomu ilə təltif etdi və hər zaman Milli Qəhrəmanlar Birliyinin Nərimanov nümayəndəliyi olaraq öz heyəti ilə birgə onların yanında olacaqlarını bildirdi.

Sonda isə xatirə şəkilləri çəkdirdilər.

Biz də Vətənqəhrəmanları.az saytı olaraq qəhrəmanımıza rəhmət və ailəsinə səbr diləyirik.

 

Allah rəhmət eləsin!

 

VƏTƏNQƏHRƏMANLARI.AZ

 

NƏRMİN SƏFƏROVA