Siyası Online Qəzet

Şəhid Vətən Müharibəsi Qəhrəmanımızın anım günü

Şəhid Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik leytenant Anar Vaqif oğlu Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunda müəllim ailəsində – Vaqif Əliyev və anası Səkinə Bayramovanın ailəsində anadan olub.

Vətənə olan sevgisi hələ məktəb illərindən onu hərb təhsili sahəsinə yönəldib və elə bu yolda uğurla irəliləyən Anar Əliyev Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri dərəcələrinə qədər yüksəlib.

Ömrünün ən gözəl illərini Vətənə xidmət edərək keçirən qəhrəmanımızın Azərbaycan Respublikasının torpaqlarının bütövlüyünün qorunması və təmin olunması uğrunda illərlə böyük şücaətləri olub.

2020 – ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının bir çox kəndlərinin və yüksəkliklərinin işğaldan azad olunmasında Anar Əliyev və dəstəyi böyük rol oynamış və həmçinin, Füzuli şəhərinin işğaldan azad olunması xəbərini Cənab Ali Baş Komandan İlham Əliyevə özü şəxsən məruzə etmişdir.

21 oktyabr 2020 – çi ildə Xocavənd rayonunun Tuğ kəndinin azadlığı uğrunda gedən qızğın döyüşlər nəticəsində Anar Əliyev qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və 2 – ci Fəxri xiyabanda böyük bir izdihamla torpağa tapşırıldı.

Ailəli idi və bir qız və bir oğlan övladı yadigar qaldı.

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

Vətənqəhrəmənları.az

NƏRMİN SƏFƏROVA