10-cu sinif tarix dərsliyində savadsız səhv – FOTO
10-cu siniflər üçün “Ümumi tarix” dərsliyində Avrasiya “qitə” olaraq təqdim edilib.
Vetenqehremanlari.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi, alimlərin ekspertizasından keçən bir dərslikdə bu cür səhv artıq texniki deyil, savadsızlıqdır:
“Avrasiya – Yerin ən böyük materikidir. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edir. Dərslikdəki səhv texniki deyil, sadəcə, savadsız və bilgisiz tarixçilərin işidir”.