Siyası Online Qəzet

Sentyabrdakı kiberhücum casusluq cəhdi idi – BMC

Cümə günü Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabr ayında məruz qaldığı kiberhücumun bütün dünyada müharibə cinayətlərini araşdırmaq mandatına zərbə vurmaq məqsədi daşıyan casusluq cəhdi olduğunu bildirib.

Vetenqehremanlari.az xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında deyilir .

BMC hücumun arxasında kimin olduğunu təsdiq edə bilməyəcəyini və təcavüzkarların sentyabr hücumunda həssas məlumatları oğurlaya bilib-bilmədiyini açıq şəkildə şərh etmədiyini söyləyir.

“Bu günə qədər mövcud olan dəlillər casusluq məqsədilə məqsədyönlü və mürəkkəb hücuma işarə edir. Buna görə də hücum Məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi kimi şərh edilə bilər”, – bəyanatda deyilir.
Eyni zamanda, BMC məlumat sızması təsdiqlənərsə, oğurlanmış məlumatlardan birbaşa təsirlənənlərə məlumat verəcəyini vəd edib.

Qurum həmçinin bildirir ki, son vaxtlar informasiya sistemlərinə “gündəlik” hücum cəhdləri ilə üzləşib. Bu, BMC və onun əməkdaşlarının dezinformasiya kampaniyalarının hədəfi ola biləcəyini göstərə bilər./Qaynarinfo