Ağ Ev Konqresdən Ukrayna və İsrail üçün 106 milyard dollar istədi
Cümə günü, oktyabrın 20-də Ağ Ev Konqresdən Ukrayna, İsrail və ABŞ-ın ehtiyatlarının doldurulması üçün təxminən 106 milyard dollar istəyib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat dərc edilib.
Agentliyin məlumatına görə, sorğuda İsrailin maliyyələşdirilməsi ilə Ukraynanın maliyyələşdirilməsi, ABŞ və Meksika arasında sərhəd təhlükəsizliyi, qaçqınlara yardım, Çinlə mübarizə tədbirləri və digər prioritet vəzifələr birləşdirilib. ABŞ prezident administrasiyası ümid edir ki, belə bir qanun layihəsi iki həftədən artıqdır ki, spikeri olmayan Nümayəndələr Palatasında dəstək alacaq.
Bloomberg xəbər verir ki, Senat demokratları gələn həftə sorğunu qanunvericiliyə çevirmək üçün işə başlamağı planlaşdırırlar.
“Politico” yazır ki, sorğuya Ukrayna üçün 61,4 milyard dollar, o cümlədən Müdafiə Nazirliyinə avadanlıqların tədarükü, silah ehtiyatlarının artırılması və digər hərbi dəstək üçün 44,4 milyard dollar daxildir.
İsrailə edilən sorğuya 14,3 milyard dollar daxildir. ABŞ Dövlət Departamenti Ukrayna, İsrail və Qəzza zolağına humanitar yardım üçün daha 9,5 milyard dollar almalıdır.