Siyası Online Qəzet

TƏBİB-in vəzifəli şəxsi məzuniyyətdə olarkən işdən çıxarılıb? – İş otağı da boşaldıldı

TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova vəzifəsindən azad olunub.

Vetenqehremanlari.az Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Günəş Qədimova TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə vəzifəsindən azad edilib.

Vüqar Qurbanovun digər əmri ilə bu vəzifə müvəqqəti olaraq Emin Xasiyev təyin edilib.

Günəş Qədimovanın vəzifəsindən azad olunması ilə bağlı saytımıza ilginc məlumat daxil olub. Belə ki, o, şəxsi işləri ilə bağlı məzuniyyətə gedib. Məzuniyyəti bitib geri qayıtdıqdan sonra vəzifəsindən azad olunduğunu bildirilib. Hətta xanım məmurun iş otağından kreslosu da götürülüb.

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova Qaynarinfo-ya açıqlamasında bildirib ki, Günəş Qədimovanın əmək müqaviləsinə xitam verilib:

“Məzuniyytdən geri qayıdandan sonra işdən azad olunması ilə bağlı məlumata gəlincə, elə bir şey yoxdur. Müqavilə müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib”