Xocalı qatili MTX-də dindirildi – Vəkil təfərrüatları açıqladı
Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma “Dağlıq Qarabağ”ın “Təhlükəsizlik Şurası”nın keçmiş katibi Vitali Balasanyanı dindirib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a onun vəkili Rafael Martirosyan təsdiqləyib.
“Vitali Balasanyan təfərrüatlarını açıqlaya bilmədiyim cinayət işinin tərkib hissəsi kimi dindirilib. Amma onu deyə bilərəm ki, şahid qismində dindirilib. Onu da deyə bilərəm ki, onun verdiyi ifadənin bu işin istintaqının gedişinə və təqsirləndirilən şəxsə heç bir aidiyyəti olmayacaq”, deyə vəkil bildirib.
Qeyd edək ki, Vitali Balasanyan Xocalı qatilidir və azərbaycanlılara qarşı bir çox cinayətdə, həmçinin şəhid Natiq Qasımovun işgəncələrlə qətlə yetirilməsində ittiham olunur.