Siyası Online Qəzet

“Prezident İlham Əliyev 20 ildir Azərbaycanın inkişafı naminə peşəkar dövlət siyasəti yürüdür”

 

“Prezident İlham Əliyevin 20 il əvvəl bu gün ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz dinamik inkişaf mərhələsinə qədəm qoydu”. Bu sözləri Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.
Səadət Məhərrəmova deyib ki, Prezident İlham Əliyev 20 ildir Azərbaycanın inkişafı naminə peşəkar dövlət siyasəti yürüdür: “Bu illər ərzində Azərbaycan dayanıqlı inkişaf edib. Aparılan çoxşaxəli islahatlar Azərbaycanda sosial-iqtisadi inkişafı təmin edib. Əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı bir sıra sosial layihə və proqramlar həyata keçirilib. Azərbaycan idxalçıdan, ixraçatçı ölkəyə çevrilib. Bu gün Avropanın enerji təhlikəsizliyində Azərbaycan əhəmiyyətli rol oynayır. Avropa lideləri Azərbaycanın etirbarlı tərəfdaş olduğunu dəfələrlə bəyan ediblər. Bütün bunlar Prezident İlham Əliyevin apardığı düşünülmüş sosial-iqtisadi, o cümlədən enerji siyasətinin müsbət nəticəsidir”.
Səadət Məhərrəmova deyib ki, Azərbaycan ictimaiyyəti dəfələrlə ölkədə fəaliyyət göstərən bütün QHT-lərin Vətən naminə həmrəyliyinə şahidlik edib: “Dövlətin inkişafı naminə çalışmaq hər kəsin borcudur. Vətən müharibəsi günlərində QHT-lər də öz potensiallarını ortaya qoyaraq səfərbər olundular. Milli həmrəyliyi Vətən müharibəsi zamanı QTH-lər də göstərdi. Belə ki, QHT-lərin həmin günlər Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını göstərmişdir.
Sevindirici haldır ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar da Azərbaycan QHT-ləri bəyanat yayıblar. Bu da QHT-lərin milli həmrəyliyinin bir nümunəsidir”.