Siyası Online Qəzet

Dövlət Departamenti Azərbaycanın hücuma hazırlaşması ilə bağlı iddianı təkzib etdi

ABŞ Dövlət Departamenti “Politico” nəşrini təkzib edib.

APA-nın xəbərinə görə, “Politico” nəşrində işıq üzü görən məqalədə qeyd edilib ki, guya dövlət katibi Entoni Blinken amerikalı konqresmenlərlə görüşdə Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib ki, “Politico” nəşrində işıq üzü görən məqalə yanlışdır və Entoni Blinkenin konqresmenlərlə danışığını əks etdirmir.