Siyası Online Qəzet

Şəhid Kapitanın anım günü

Bu gün 2016 – cı il Aprel döyüşlərinin iştirakçısı və 2020 – çi il Vətən müharibəsi Şəhidi, kapitan Zeynalov Tural Ruslan oğlunun vəfatından daha bir il ötür.

 

4 oktyabr 1987 – ci ildə Bakı şəhərində anadan olan Tural 2004- cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdır.

 

2020 – çi ildə Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə başlanan Vətən müharibəsində qəhrəmanlıqlar göstərmiş və 11 oktyabr 2020 – çi ildə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

 

Qəhrəmanımız 2- çi Fəxri xiyabanda dəfn olunub və Azərbaycan Respublikası Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra bir çox medallarla təltif olunmuşdur.

 

Ailəli idi və iki oğul övladı yadigar qaldı.

 

Biz də Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi olaraq şəhidimizin ailəsinə və əzizlərinə başsağlığı verir və səbr diləyirik.

 

Allah rəhmət eləsin!

 

Vətənqəhrəmanları.az

 

NƏRMİN SƏFƏROVA