Polşadakı soydaşlarımız SÜLH YÜRÜŞÜ keçiriblər
Son günlər Qarabağda separatçıların tərksilah olunması və Qarabağda sülhün bərqərar olması istiqamətində görülən işlər hər birimizi qürurlandırır. Təəssüf ki, erməni lobbisi keçən həftə Avropanın bir çox şəhərində, həmçinin Varşavada ölkəmizə və xaqlımıza yönəlmiş böhtan xarakterli təbliğat apararaq yürüş keçirmişdir. Həmin yürüşdə Azərbaycanı işğalçı ölkə kimi tanıtmaq məqsədi ilə Polşa ictimaiyyətinə yalan məlumatlar və saxta faktlar nümayiş etdirmişlər.
Buna cavab olaraq 2023-cü il 8 oktyabr tarixində Polşanın paytaxtı Varşava şəhərinin Plac Zamkowy ünvanında Polşada Yaşayan Azərbaycanlıların SÜLH YÜRÜŞÜ keçirilib. Polşa Azərbaycanlıları Şurası tərəfindən təşkil olunan yürüşün məqsədi Azərbaycanın Qarabağda sülh naminə atdığı addımları təbliğ etmək, münaqişənin başladığı gündən bu günə qədər göstərdiyi sülhyönümlü mövqeyini Polşa və dünya ictimaiyyətinə çatdırmaq olub.
Polşadakı 200-dən artıq diaspor üzvünün iştirak etdiyi yürşüdə Polşa Azərbaycanlıları Koordinasiya Şurasının üzvlərinin və digər soydaşlarımızın çıxışları olub.
Çıxışlarda Azərbaycan xalqının Ermənistan hakimiyyəti tərəfindən öz torpaqlarından qovulması, etnik təmizləməyə və soyqırımına məruz qalmasından danışılıb.
Həmçinin hazırda Qarbağdakı ermənilərə qarşı heç bir etnik təmizləmənin aparılmadığı, əksinə Azərbaycan xalqı və hakimiyyətinin onlara Azərbaycan vətəndaşlığı və ümumi həyat təklif etməklə bir daha insanlığını nümayiş etdirməsi vurğulanıb.
Soydaşlarımız çıxışlarında Ermənistanın mina terrorundan narahatçılıqlarını bildirərək davam edən bu təhlükənin Ermənistanın 30 illik işğalı zamanı viran qoyduğu ərazilərdə tikinti və bərpa işlərinə mane olması ilə birlikdə bu rayonlarda işləyən mülki əhalinin həyatı üçün ciddi təhlükə yaratdığını deyiblər.
Çıxışlarda beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara Ermənistan hökumətinə təzyiq göstərərək qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tez və tamamilə çıxarmağa, Azərbaycana mina xəritələrini təqdim etməyə və Azərbaycanda davamlı sülh və sabitliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çağırış edilib.
Bir saat yarım ərzində keçirilən yürüşdə soydaşlarımız polyak və ingilis dillərində “Biz Ermənistanı qarşıdurmaya deyil, danışığa çağırırıq!”, “Biz Ermənistana sülh qapılarını açırıq!”, “Erməni separatizminə və ikili standartlara son qoyulsun!”, “Mina terrorunu dayandırın!”, “Ermənistanın mina terrorunun qurbanı olan azərbaycanlıları unutmayın!”, “Biz beynəlxalq ictimaiyyətin qərəzsizliyini tələb edirik!”, “Dünya erməni terroruna susur!” və s. bu kimi şüarlar səsləndiriblər.
Yürüş boyu soydaşlarımız əllərində bayraqlar, plakatlar və banerlər tutublar.
İnsidentsiz baş tutan yürüşdə 10 metr uzunluğunda “Qarabağ Azərbaycandır!” baneri diqqət çəkib.
Yürüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda Polşanın aidiyyəti qurumlarına yürüşün keçirilməsinə icazə veridiyi üçün təşəkkür edilib.
Xatırladaq ki, yürüşə Polşa Azərbaycanlıları Şurasınının sədri Fərid Cəfərlinin adından yerli rəsmilərə yazılmış məktublar əsasında icazə verilib. Buna görə də yürüşün təhlükəsizliyi Polşa polisi tərəfindən yüksək səviyyədə təmin edili