Siyası Online Qəzet

Tamam Cəfərova: “Peyk dövlətinə çevrilmək Azərbaycan üçün strateji hədəf idi”

50 ilən sonra Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi olduqca mühüm tarixi hadisədir. İlk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Sovet İttifaqında yalnızca bir dəfə keçirilib. Növbəti dəfə bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə günü-gündən yüksələn nüfuzunun daha bir təzahürüdür.Qeyd edək ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün Azərbaycanda ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Azərbaycan mütəxəssisləri tərəfindən idarə olunan peyklər 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bu, illər ərzində sürətlə müasirləşən Azərbaycan üçün olduqca qürurverici göstəciricidir. Nəzərə alsaq ki, Azərbaycan 32 yaşında gənc bir dövlətdir. Bu baxımdan ölkəmizin bu nəailliyyətləri daha da mühüm əhəmiyyət kəsb edir.
Bu fikiləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqilliyinin iqtisadi qüdrətini artırmağa başladığı 2000-ci illərdə kosmik sahəyə yenidən diqqət ayırmağa başladı. Peyk dövlətinə çevrilmək Azərbaycan üçün strateji hədəf idi və bu hədəfə keyfiyyətli şəkildə nail olunması üçün uzun müddət hazırlıq həyata keçirildi. Prezident İlham Əliyev 2008-ci ilin 4 noyabr tarixində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında sərəncam imzaladı. Bu, artıq kosmik sənaye sahəsində ikinci və daha keyfiyyətli mərhələnin başlanması demək idi. 2010-cu ildə isə teleko

İraqın Bağdad şəhərində Türkmeneli Partisi Kadin Kollari Kerkük namayəndəliyin təşkilatçılığı ilə millət vəkili Qənirə Paşayevanın anım mərasimi keçirilib. Diaspornews.az xəbər verir ki, tədbir iştirakçıları öncə Qənirə Paşayevanı bir dəqiqəlik sükutla yad edib və sonra ruhuna dualar oxuyaraq Allahdan ona rəhmət diləyiblər.

Türkmeneli Partisi Kadın Kolları sədri Hanan Kasım Tercuman çıxış edərək Qənirə Paşayevanın türkmənlərin ən önəmli dəstəkçisi olduğunu deyib.
Türkmeneli Partisi Kadin Kollari Kerkük namayəndəliyin rəhbəri Gaye Kasap Qənirə Paşayevanın türkmənlərı dəstək üçün türk dünyasına çağırış etdiyini vurğulayıb: “Qənirə xanımın vəfat etməsi bizi çox dərindən kədərləndirib. O, tək azərbaycanlı deyildi, türk dünyasından bir parça idi. Qənirə xanım hər zaman vicdanla milliyətçilik yolunda mücadilə etdi”.
Türkmən xanımlar Qənirə Paşayevanın fəaliyyətini və mübarizə yolunu özlərinə örnək bildiklərini deyiblər.
Xatırladaq ki, Türkmeneli Partisi Kadin Kollari Kerkük namayəndəliyin rəhbəri Gaye Kasapın rəhbərliyi ilə Qənirə Paşayevanın ruhuna ehsan paylanılıb.

Published in Cəmiyyət,mmunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi məqsədi ilə “Azərkosmos” ASC yaradıldı. Nəhayət, 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peyki orbitə buraxıldı. Çox keçmədi ki, Azərbaycanın ikinci peyki kosmik fəzada göründü. 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi peyki istifadəyə verildi. 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın strateji prioritetləri arasında müasirləşdirilmə olduqca önəmlidir. Beləki, müasirləşdirmə sözü Azərbaycanın gələcəklə bağlı baxışnı, planlarını ehtiva edir.
Qazanılan bütün uğurların fonunda dövlətin beynəlxalq əməkdaşlığa hər zaman açıq olması və fəallıq nümayiş etdirməsi dayanır. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilmiş, regional və beynəlxalq layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul olunmuşdur. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülüb. Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir
Millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan Avropa və Asiya arasında əməkdaşlıq körpüsü rolunu uğurla reallaşdırır. Cənab Prezident İlham Əliyev bu barədə çıxışında deyib: “Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir”.
Deputat xüsusilə vurğulayıb ki, Azərbaycan hər gün müasirləşən dünyanın yeni çağırışlarına adekvat reaksiya verən bir ölkədir. Beynəlxalq Astornavtika Konqresinin ölkəmizdə keçirilməsi də bu fikrimizin əyani sübutudur. Azərbaycan bu sahədə də regionun lokomativi rolunu oynayır. Görünən odur ki, ölkəmiz bu istiqamətdə də dünyanın aparıcı mərkəzlərindən birinə çevrilməkdədir. Bu, Azərbaycanda qeyri-neft sektorunun inkişafı və eləcə də informasiya təhlükəsizliyinin təmin olunması baxımından olduqca önəmli hadisədir. Millət vəkili Tamam Cəfərova belə deyib.