Siyası Online Qəzet

Qəhrəmanımızın xatirəsi yad edildi

Bu gün Azərbaycan Respublikasının Şəhid Milli Qəhrəmanı Əliyev Əliyar Yusif oğlunun anım günüdür. Əliyar Əliyev 14.12.1957- ci ildə Qubadlı rayonunda anadan olub.
Birinci Qarabağ savaşının əfsanəvi qəhrəmanı torpaqlarımızın işğaldan azad olunmasında və qorunmasında böyük qəhrəmanlıq göstərib. Düşməni 3 gün matəmə qərq edən Əliyar 03.10.1992 – ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Nərimanov Rayon İctimaiyyəti və Milli Qəhrəmanlar Birliyinin Nərimanov rayon nümayəndəliyi qəhrəmanımızın qardaşı Rüzgar bəylə birgə şəhidimizin xatirəsinə ucaldılmış büstünü ziyarət etdi və önünə gül dəstələri düzdülər.
Nərimanov Rayon İcra Başçısı Elgin Həbibullayev cənabları Şəhidimizin qardaşı ilə söhbət edib problemləri ilə maraqlandı.

Vətənqəhrəmanları.az