Şəhid Milli Qəhrəman anıldı
Bu gün Azərbaycan Respublikasının əfsanəvi Şəhid Milli Qəhrəmanı İlqar İsmayılovun anım günündən daha bir il ötür. Bu münasibətlə Şəhid Milli Qəhrəmanımızın orta təhsilini aldığı 45 saylı tam orta məktəbin qarşısında yerləşən büstü Nərimanov Rayon İctimaiyyəti tərəfindən ziyarət olundu. Məktəbin şagirdləri qəhrəmanımızın büstü önünə gül dəstələri qoydular və məktəbin direktoru Pərvanə xanım Şəhid Milli Qəhrəman İlqar İsmayılovun həyatı və döyüş yolu haqqında şagirdləri məlumatlandırdı.
Milli Qəhrəmanlar Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov məktəb rəhbərliyinə Milli Qəhrəmanlarımıza olan diqqətinə görə öz təşəkkürünü bildirdi.
Nərimanov Rayon İctimaiyyəti və Nərimanov rayon nümayəndəliyi olaraq qəhrəmanımızın ailəsinə səbr diləyir və başsağlığı veririk .
Allah rəhmət eləsin!
Vətənqəhrəmanları.az
Nərmin Səfərova