“Şəhidlər və qazilər xalqımızın qürur mənbəyinə çevrilib”
“44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Bu müharibənin başlandığı 2020-ci ilin 27 sentyabr günü bizi Şanlı Zəfərə apardı. Bu Zəfərdə canlarını fəda edən şəhidlər və qazilər xalqımızın qürur mənbəyinə çevrilib”. Bu sözləri Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.
Səadət Məhərrəmova 44 gün ərzində Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə əsgər və zabitlərimizin qəhrəmanlıq göstərdiyini deyib: “27 sentyabrdan Ali Baş Komandanın əmrlərini icra edən Müzəffər Ordumuz düşmənə sarsıdıcı zərbələr endirib. Arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərib. Xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərib. Düşmən Azərbaycan Ordusnun zərbələri qarşısında tap gətirməyərək təslim olmaq məcburiyyətində qaldı”.
Səadət Məhərrəmova deyib ki, Vətən müharibəsində ordumuz zəfər çalaraq şəhidlərin qanını aldı. Azərbaycan əsgəri şəhidlərin qisasını döyüş meydanında aldı. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Bu gün böyük qürur hissi ilə əsgər və zabitlərimizin qəhrəmanlığı, onların şücaəti haqqında danışırıq. Aəzərbaycan qalib ölkədir. Biz müzəffər xalq kimi yaşayacaq. Azərbaycan dövləti azad edilmiş torpaqları bərpa edir. Böyük qaydış başlanmışdır.
Vətən yolunda şəhid olanlara Allahdan Rəhmət diləyirk”.