Müasir Azərbaycanın şanlı tarixi
Dövlətimiz və xalqımız ərazi bütövlüyümüz yolunda şəhid olanları hər zaman ehtiramla yad edir
30 ilə yaxın müddətdə bir sıra beynəlxalq təşkilatlar Qarabağ münaqişəsini həll edirmiş kimi özlərini göstəmişdilər. Onların Qarabağ açıqlaması münaqişənin həlli üçün heç nə vəd etmirdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona o qədər faydasız gəlib getmişdilər ki, artıq bu səfərləri turistik xarakteri almışdır. Bu baxımdan ATƏT-in Minsk Qrupunun fəaliyyəti yarandığı gündən nəticəsi olaraq qalırdı. Azərbaycan dövləti üçün beynəlxalq təşkilatların apardıqları danışıqların münaqişənin həllinə necə təsir edə biləcəyi həqiqətən maraqlı idi. Dövlətimizin bunlardan çox böyük gözlətisi var idi. Ancaq onlara geniş və obyektiv mövqedən yanaşdıqda təqdim etməyə çalışdıqları mənzərədən tamamilə narazılıq yaranmışdır. Çünki münaqişənin həllində fərqli bir vəziyyətin olduğu aydın görünürdü. Ayrıca beynəlxalq qurumlar erməni vandalizmini görməzdən gəlirdilər. Çünki işğal zamanı Azərbaycanın misilsiz mədəniyyət abidələri məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır. Erməni işğalının acı fəsadlarını yaşayan Azərbaycan dövləti heç bir halda torpaqlarının düşmən tapdağı altında qalması ilə barışa bilməzdi. Biz öz torplaraımızı hansı yolla olursa olsun geri almalı idik. Buna görə də Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Xalıqmız 30 ilə yaxın idi ki, bu günü göləyirdi. Ordumuz Ali Baş Komdadınıın müharibə əmrini səbirsizliklə göləyirdi. Buna görə də 27 sentyabr Qələbə salnaməsinin ilk günüdür. Bu gün dünya azərbaycanlıları üçün şərəf günüdür. “Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. 44 günlük Vətən müharibəsi müasir Azərbaycanın şanlı tarixidir. Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Vətən müharibəsi günlərdində dünya mediası hər zamanki kimi Ermənistanyönlü məlumatlar yayırdı. Sanki Azərbaycanı Birinci Qarabağ müharibəsində olduğu kimi informasiya blokadasına salmağa çalışırdılar. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir. Prezident İlham Əliyev, həmçinin informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir”. Azərbaycan Ordusu Vətən müharbəsində olduğu kimi bir günlük antiterror tədbirləri zamanı da mülki əhaliyə atəş açımırdı. Yalnız Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin obyektləri vurulurdu. Ümumiyyətlə, Azərbaycanın heç bir ölkə, o cümlədən Ermənistanla etnik-milli zəmində problemi yoxdur. Azərbayan yalnız erməni separatizmi ilə mübarizə aparır. Məqsəd separatçıları ölkəmizdən qovub çaxarmaqdır. Düşmən “Dəmir yumruğ”un gücünü bir daha gördü və ali ədalət zəfər çaldı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Dövlətimiz və xalqımız ərazi bütövlüyümüz yolunda şəhid olanları hər zaman ehtiramla yad edir. Buna görə də məhz 27 sentyabr şəhidlərimizin Anım Günüdür.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor