Siyası Online Qəzet

Şəhidin oğlu Şəhid oldu…

Azərbaycan Ordusunun başlatdığı antiterror əməliyyatı zamanı Mayor Nəcəfi Elxan Şükür oğlu qəhrəmancasına şəhid olub.

Elxan Nəcəfi 2020 – ci il Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib və Ali Baş Komandan tərəfindən bir çox yüksək dərəcəli medallarla təltif edilib.

Ağdam rayon Yusifcanlı kənd şəhidi Elxanın atası Şükür də həmçinin, 1-ci Qarabağ müharibəsi şəhididir. Atasız böyüyən şəhidimizin bir oğlu yadigar qaldı və çox təəsüf ki, öz oğlu da atası Elxan kimi şəhid oğlu oldu…

21 sentyabr 2023- ci il tarixində Şəhid Mayor Nəcəfi Elxan Şükür oğlunun nəşi Hövsan qəsəbəsində yerləşən evinə gətirilib və daha sonra yüksək rütbəli zabit heyətinin iştirakı ilə sevənləri və yaxınları tərəfindən 2-ci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi heyət olaraq şəhidimizin məzarını ziyarət etdi və məzarı önünə gül dəstələri düzdü.

Biz də Vətənqəhrəmanları.az saytı adından Şəhidimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!

Vetenqehremanlari.az
NƏRMİN SƏFƏROVA