Siyası Online Qəzet

Qərbi Azərbaycanda erməni oğurluğu

Ermənilər Qərbi Azərnaycanda tarixin izlərini itirməyə çalışır

Ermənilər özlərini tanıyandan başqa millətlərin milli-mədəni dəyərlərini mənimsəyiblər. Ümumiyyətlə, ermənilər bir xalq olaraq bu mənimsəmə əsasında formalaşıblar. Məlumdur ki, onlar bu oğurluqlarını ən çox azərbaycanlılardan ediblər və bu gün də bu proses davam edir. Belə ki, ermənilərin bizə qarşı düşmənçiliyi təkcə torpaq iddiası ilə bitmir. Onlar eyni zamanda milli-mənəvi dəyərlərimizi də oğurlayaraq öz adlarına çıxırlar. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Prezident İlham Əliyevlə görüşdə deyib ki, Qərbi Azərbaycan zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi olan tarixi Azərbaycan bölgəsidir: “Bu bölgənin dərin kökləri və özünəməxsus siması olan memarlığı, xalq sənəti, musiqi ənənələri formalaşmışdır. Dağlıq ərazilərin sərt iqlim şəraiti, böyük zəhmət tələb edən təsərrüfat həyatı bu torpaqlarda yaşayan insanların xarakterinə də öz təsirini göstərmişdir. Zəhmətkeşlik, dözümlülük, vətənpərvərlik, dilinə, dininə, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiqlik Qərbi azərbaycanlılara xas olan cəhətlərdir. Elmə, təhsilə böyük həvəs və hörmət, mütərəqqi mədəniyyətə rəğbət bölgənin insanları arasında görkəmli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin yetişməsinə səbəb olmuşdur. XX əsrdə erməni millətçilərinin torpaqlarımızın mənimsənilməsinə yönəlmiş düşmənçilik siyasəti Qərbi azərbaycanlıların Vətənə məhəbbətini, vətənpərvərlik hisslərini daha da artırmışdır. Sovet hakimiyyəti tərəfindən həyata keçirilən deportasiyalar Qərbi azərbaycanlıları öz yurd-yuvalarından didərgin salmış və çoxsaylı insan tələfatı ilə nəticələnmişdir. Bu çətinliklər bizi daha da möhkəmləndirmiş, milli təəssübkeşliyimizi və dövlətçilik məfkurəmizi gücləndirmişdir”.

Ermənilərin soyadaşlarımıza qarşı bu kimi etnik təmizləmə siyasəti heç bir halda qəbul ediləsi deyil. Onlar bu azmış kimi milli-mənəvi dəyələrimzə qarşı da soyqırımı edir, tarixin izlərini itirməyə çalışırlar. Zaman-zaman ermənilərin bu əməlləri ilə bağlıl kitablar və məqalələr yazılıb. Ermənilərin mədəni dəyərlərə qarşı terror əmələri hər zaman soydaşlarımzı tərəfindən pislənilib.

Ötən il Ermənistana səfər edən İngiltərə vətəndaşı “Tvitter”də Qərbi Zəngəzurun Qarakilsə rayonunun Urud kəndindən fotolar paylaşmışdır. Həmin fotolardan aydın görünür ki, kəndin qəbiristanlığı dağıdılıb, məzardaşları aşırılıb və sındırılıb. “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin rəhbəri Elməddin Behbud ba haqad təəssüflə deyib ki, erməni vandalizmi ilə üzləşən yalnız qədim yaşayış məntəqəmiz Urud, o cümlədən onun qəbiristanlığı deyil: “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri – Qarabağ və Şərqi Zəngəzurun 2020-ci ildə azad olunmasından sonra ermənilərin işğal dövründə bu torpaqlarda məscid, məzarlıq, ziyarətgah, həmçinin, digər tarixi və mədəni abidələrimizə qarşı törətdiyi vəhşiliklərin miqyasından bir daha başa düşdük ki, onlar xarakterlərinə xas analoji davranışı nəzarətlərində saxladıqları bütün yerlərdə nümayiş etdiriblər. Amma təəssüflər olsun ki, bu məsələdə də yeni riyakar, ikili yanaşma ilə qarşılaşırıq. Dünyanın harasındansa Qarabağa köçüb gələn bir erməninin daxmasından kərpic düşəndə bəşəri cinayətin baş verdiyini dünyaya car çəkən “beynəlxalq insan hüquqları və mədəniyyət” qoruyucuları nədənsə hələ də ermənilərin Cənubi Qafqazda zəbt etdiyi on minlərlə kv. km ərazidə türk və müsəlman abidələrinə qarşı törətdiyi mədəni soyqırımla bağlı dərin sükut içindədirlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 20 may 2022-ci ildə bu mövzu ilə bağlı UNESCO-ya – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna bir daha çağırış edib: “Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər”.

Son bir neçə əsrin tarixi istiqamətini dəyişən şanlı Vətən müharibəsindən sonra daha çox inanıram ki, yaxın gələcəkdə əzəli yurdlarımıza qayıdacaq və həsrətlə, nisgillə, ömrünün ən gözəl çağlarını keçirdikləri doğma torpaqları bir daha görməyərək həyatdan köçən ata-anamın, babalarımın, nənələrimin, çoxsaylı yaxınlarımın və minlərlə soydaşımızın ruhuna dualar oxuyacağıq. Onda məzarlığı ziyarət etməyə də gedəcəyik, son 34 ilədək hər qarışından azərbaycanlıların hənirtisi gələn, hər yerində izimiz olan yurd yerlərimizə də baş çəkəcəyik.

Qərbi Zəngəzura böyük qayıdışdan sonra yalnız Qarakilsənin azərbaycanlıların 1988-ci ilədək yaşadığı Qızılcıq, Ərəfsə, Comərdli, Sofulu, Vağadi, Urud, Ağdü, Dəstəyurd, Şəki, Şıxlar, Murxuz kəndlərindəki məzarlıqlardakı həmvətənlərimizin deyil, bütün əcdadlarımızın ruhu şad olacaq”.

Son illər ermənilər milli musiqimizə də daha çox oğru əllərini uzatmağa başlayıblar. Əslinə qalsa uzun illərdir onlar bizim xalq və klassik musiqimizə təcavüz edirlər. Yəni onların bu əməlinin tarixi çox-çox uzaqlara gedib çıxır. Amma təəəssüf ki, dünya hələ də ermənilərin törətdiyi mədəni soyqırıma susur.

 

 

Fuad Hüseynzadə

Yazı “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” layihəsi çərçivəsində hazırlanıb.