Siyası Online Qəzet

Gənc ictimai fəaldan növbəti yaddaqalan addım

Gənc xeyriyyəçi, vətənpərvər, ictimai fəal Ceyhun Süleymanov bir müddət öncə ofisimizdə qonaq olarkən Şəhid Milli Qəhrəmanların və Şəhid Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirmək üçün ofisimizin qarşısında “Qəhrəmanlıq guşəsi”-nin yaradılması təklifini irəli sürdü. Ceyhun bəyin bu fikri şəhid ailələri tərəfindən yüksək rəğbətlə qarşılandı. Söhbət əsnasında belə qərara gəldik ki, Ceyhun bəyin bu ideasını və təklifini həyata keçirək. Ceyhun bəy bu ideanın həyata keçirilməsi üçün bütün lazımi maliyyə xərclərini öz üzərinə götürdü. Və beləliklə, guşənin yaradılmasına “start” verdik.

Vetenqehremanlari.az
Nərmin Səfərova