Siyası Online Qəzet

Yevlax şəhər Mədəniyyət Mərkəzində “Musiqi günü”

Yevlax şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhər Yaradıcılıq evində 24 avqust 2023-cü il tarixdə 26 avqust “Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin Musiqisi Günü” nə həsr olunmuş “Azərbaycan Muğamı Dünyada” adlı ədəbi-bədii musiqili tədbir keçirildi.Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Aygün Qasımova açaraq, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan muğamlarımızdan, UNESCO tərəfindən Azərbaycan muğamının bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunması haqqında ətraflı məlumat verdi.Tədbir B.Vahabzadənin “ Muğam”qəzəlinin Mədəniyyət Mərkəzinin qiraətçıləri tərəfindən təqdimatı ilə başladı. Tanınmış Azərbaycan şairlərinin yaradıcılıqlarından şeir və qəzəlləri Mədəniyyət Mərkəzinin işçiləri Zaur Qurbanov, Fəridə Həsənova, Xan Quluyev, Elnurə Babayeva səsləndirdilər.Mədəniyyət Mərkəzinin işçiləri -Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı Sabir Hüseynov, Orxan Əkbərov, Xan Quluyev,Aran qəsəbə Uşaq musiqu məktəbinin səs müəllimi Fətəli Əhmədov, Malbinəsi kənd Uşaq müsiqi məktəbinin səs müəllimi Nofəl Cəfərov, 1 və 2 nömrəli Uşaq musiqi məktəbinin səs müəllimi Günel İsmayılovanın ifasında xalq və bəstəkar mahnıları səsləndirildi. Sazda Mamed Nəbiyevin ifasında aşıq havası olan “Dübeyti” dinlənildi. Uşaq İncəsənət Festivalının iştirakçıları –Fatimə Süleymanlı, Tunar Cəfərov, Rizvan Cəfərovun ifasında “ Arazbari” ritmik muğamı səsləndirildi. Hər musiqi nömrəsinin arasında verlişin aparıcısı , uzun illər Yevlax mədəniyyətində çalışmış xanəndə Bəylər Bəylərov Azərbaycan muğamları haqqında iştirakçılara yeni məlumatlar verirdi.Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri, vətən müharibəsi iştirakçısı, ” Azərbaycan Bayrağı” ordenli Mədəd Süleymanov, sədrin birinci müavini Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov, Vətən müharibəsi iştirakçısı mayor Azər Əzizov,Yazıçı-şair, hərbi ekspert, Qızıl qələm mükafatçısı Natiq Əlisoy, Yevlax şəhərində yerləşən idarə və təşkilatların rəhbərləri , əməkdaşları, mədəniyyət işçiləri iştirak edirdilər.Tədbir Mədəniyyət Mərkəzinin “Amin“ vokal instrumental ansamblının müşaiəti ilə həyata keçirildi.

VETENQEHREMANLARI.AZ

Yevlax rayon rəhbəri Mədəd Süleymanov.