Siyası Online Qəzet

Yevlax rayonunda Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin növbəti yeni üzvünə vəsiqə təqdim olunub.

 

17.08.2023-cü il tarixdə Yevlax rayonunda Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin yeni üzvü ehtiyatda olan baş leytenant, Yevlax rayon Mərkəzi Xəstəxanasının Təhlükəsizlik Şöbəsinin mühafizəçisi Emin Süleymanova Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin üzvlük vəsiqəsi təqdim edilib.

 

Bu barədə “Dialoq.Az” saytına Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri, “Bayraq ordenli”, Vətən müharibəsi iştirakçısı, qazi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mədəd Süleymanov məlumat verib. O bildirib ki, biz hər birimiz dövlətimizə və Ali Baş Komandanımıza sadiq vətəndaş və döyüşçülərik. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin yaranmasını və bu günkü fəaliyyətini bəlkə də bir çoxları tam anlamır. Ancaq qeyd etməliyəm ki, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi məss Ulu Öndər, Dahi Şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və şəxsi göstərişi ilə yaradılmış ictimai birlikdir. Biz hər birimiz Ulu Öndər yolu ilə gedirik. Biz bunu sadəcə sözdə yox, 44 günlük Vətən müharibəsi zamanı əməldə də sübut etmişik və bu gündən sonra da sübut etməyə hazırıq. Ona görə də düşünürük ki, Cənab Ali Baş Komandanımızın apardığı çoxşaxəli, parlaq siyasətin tərkib hissəsi kimi bizim birliyimizin sağlam üzvlərinin sayının və gücünün günü-gündən artması dövlətimizin və dövlətçiliyimizin daha da güclü olması deməkdir. Biz birlikdə güclüyük,-Deyə Mədəd Süleymanov bildirib.

Vetenqehremanlari.az

Yevlax rayon nümayəndəliyinin sədri Mədət Süleymanov