Siyası Online Qəzet

Azərbaycanda “Olimpiada Ümidləri – 2023” Uşaqların Beynəlxalq Karate Turniri keçirilib

 

Azərbaycanda 5-7 avqust tarixlərində “Olimpiada Ümidləri – 2023” Uşaqların Beynəlxalq Karate Turniri keçirilib. Turniri Avropa Karate Fedetasiyası ilə Azərbaycan Milli Karate Federasiyası birgə təşkil edib. Yarış ərəfəsində tanınmış Azərbaycan karateçilərinin iştirakı ilə seminar təşkili edilib. Turniri idarə etmək üçün bir neçə ölkədən beynəlxalq hakimlər dəvət edilib.
Abşeron Olimpiya Kompleksində təşkil edilən yarışda müxtəlif ölkələrdən gəlmiş, eləcə də Azərbaycandan yüzlərlə azyaşlı idmançı iştirak edib. Həmçinin turnirdə Rəfael Ağayevin Qara Brilliant klubunun idmançıları da çıxış ediblər. “Qara Brilliant”ın idmançılarını baş məşqçi Pərviz Quliyev və məşqçi Orxan Heydərli müşaiyət ediblər. Yeri gəlmişkən, klubun yetirmələrindən olan Nuray İbadova 14-15 yaş uşaqlar arasında 61+ kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək 1-ci yerə layiq görülmüşdür.
Xatırladaq ki, ötən il uşaqlar arasında ilk dəfə təşkil edilən böyükmiqyaslı bu yarış Dünya Karate Federasiyasının (WKF) təqviminə daxil edilmişdi.