Siyası Online Qəzet

İctimaiyyət nümayəndələri şəhid İsrail Cəfərzadənin ailəsinə baş çəkiblər

Cəfərzadə İrail Namiq oğlu 2000-ci ilin sentyabr ayının 30 da Bakı şəhərində dünyaya gəlib.2020-ci ilin sentyabr ayının 27 də Vətən müharibəsi başlayarkən İsrayıl Cəfərzadə həqiqi hərbi xidmətdə idi.Tap Qaraqoyunlu kəndi istiqamətindən döyüşlərə qatılaraq Talış kəndi və Suqovuşan qəsəbəsinin azad olunmasında, ətrafda Təkər, Vışka Teleqüllə, “530”şərtli adı ilə adlandırılan yüksəkliklərin əldə edilməsində iştirak etmişdir.İsrayıl Cəfərzadə kəşfiyyatçı dostları İqbal Astanlı və Əkbər Hüseynov şəhid olduqdan sonra onlara hörmət əlaməti olaraq İqbalın köynəyini geyinərək,Əkbərin kimliyini taxaraq döyüşlərə davam etmişdir.Əsgər yoldaşlarının məlumatına görə İsrayıl Cəfərzadə döyüş anında xüsusi bacarıq göstərərək tez bir vaxtda minalanmış ərazini nişanlamaqla şəxsi heyətin həmin ərazidən keçməsinə imkan yaratmışdır. Qənimət kimi götürdüyü pulemyotla çoxlu sayda düşmən canlı qüvvəsini məhv etmişdir.Suqovuşan- Ağdərə xəttində yerləşən 951 yüksəkliyinin azad olunması zamanı İsrayıl Cəfərzadə həm 14 oktyabr, həm də 16 oktyabrda yaralanmasına baxmayaraq döyüşü davam etdirmiş,mühasirənin yarılmasında şücaət göstərmişdir.Düşmən snayperçisi döyüş meydanından çıxararkən o da şəhid olmuşdur.16 oktyabr 2020 – ci ildə çavuş, baş kəşfiyyatçısı İsrayıl Cəfərzadə 951 yüksəkliyində şəhid olmuşdur.
Şəhid İsrayıl Cəfərzadə Bakı şəhəri əhalisinin iştirakı ilə xüsusi mərasimlə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrayıl Cəfərzadənin ölümdən sonra xüsusi fərmanla “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşan azad olunmasına görə” medalı və 26.03.222 tarixində N°2201 N-saylı hərbi hissənin təqdimatına əsasən “Qarabağ” ordeni ilə təltif olunmuşdur.Sabunçu qəsəbəsində valideyinləri tərəfindən şəhid İsrayıl Cəfərzadənin ev muzeyi yaradılıb,həmin muzeyin qarşısında bulaq-abidəsi ucaldılıb. 2023 ildə isə Şəhid İsrayıl Cəfərzadənin “Mənim ağ göyərçinim” adlı kitabı nəşr olunub.

Vətən Qəhrəmanları Təşkilatının Nizami rayon üzrə nümayəndə rəhbəri və Bakı Musiqili Şou Teatrın direktoru Əjdər Dadaşovla birgə təşkilatçı Sevda Əliyeva və rejissor, aktyor Elməddin Dadaşovda ailəylə görüşüb Şəhidimizi anıblar.

Vetenqehremanlari.az