Siyası Online Qəzet

Naxçıvanda rəssam İbrahim Safinin 125 illik yubileyi üçün məlumatlandırma işi davam etməkdədir

Dünya şöhrətli rəssam İbrahim Safinin 125 illik yubileyi ilə bağlı rəssamın doğulduğu vətəni Naxçıvanda keçiriləcək yubiley təqdimatı öncəsi məlumatlandırma işi aparılıb. Bu haqda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova saytımıza məlumat verib.

Jalə Cəfərova Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İbrahim Safinin 125 illik yubileyinə həsr olunmuş eyni adlı “RƏNGLƏRİ DANIŞDIRAN ADAM” kitab və filminin təqdimatı” layihəsi çərçivəsində Naxçıvanda bir sıra görüşlər keçirib, aidiyyəti qurumlara məktublar göndərib: “Təqdimat üçün hazırlıq işləri görülməkdədir. Naxçıvanda Muxtar Respublikasında Mədəniyyət Nazirliyndə, Naxçıvan İcra Hakimiyyətində, muzeylərdə, sərgi salonlarında, təhsil ocaqlarında və digər qurumlarda oldum, həmçinin İbrahim Safinin qohumları əlaqələr yaratdım. Həmçinin Ordubadda görüşlər keçirdim. Naxçıxan Televiziyasının “Günaydın” verilişində İbrahim Safinin həyat və yaradıçılığı haqqında çıxışım oldu (https://www.youtube.com/watch?v=qa1TDy92_kg&feature=share). Məlumatlandırma işi davam etməkdədir. Avqust ayının 17-də təqdimat olacaq”.