Siyası Online Qəzet

“Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği” layihəsinin icrasına start verilib

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği” layihəsinin icrasına başlayıb.

Bu barədə Avrasiya.net-ə açıqlamasında İctimai Birliyin sədri Səməd Vəkilov məlumat verib.

Sədr bildirib ki, layihənin əsas ideyası Ermənistan və onların havadarları tərəfindən azərbaycanlılara qarşı aparılan deportasiya və etnik təmizləmə siyasətinin konkret bir icmanın timsalında göstərməkdən ibarədir. Layihə çərçivəsində deportasiya və etnik təmizləmə ilə bağlı əsas məlumatlar verilmək şərti ilə əsas diqqət Əmirli (İmirli) kəndində məskunlaşan icmaya yönələcək. Beləki, Əmirli (İmirli) kəndində məskunlaşan icmaya yönələcək kitabın hazırlanması və Qərb Azərbaycanda bağlı 5 internet TV verilişin ərsəyə gətirilməsi planlaşdırılır, deyə – Səməd Vəkilov bildirib