Siyası Online Qəzet

Krasnodar diyarı Azərbaycanlıları Birliyi polis polkovnikinin ölümü ilə bağlı başsağlığı verib

Xəbər verildiyi kimi, iyulun 4-də ehtiyatda olan polis polkovniki Fazil Aslanov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib (Qafqazinfo). Hadisə Gədəbəyin Şınıx kəndində, Fazil Aslanova məxsus evdə baş verib. Mərhum Saray qəsəbəsində torpağa tapşırılıb.

58 yaşlı Fazil Aslanovun vəfatı bağlı Rusiya Federasiyasında fəaliyyət göstərən Krasnodar diyarı Azərbaycanlıları Birliyi başsağlığı verib. “Əziz dostumuz Fazil Aslanovun faciəli ölümü ilə bağlı dərindən kəndərləndiyimizi bildirir, onun yaxınlarına, qohumlarına Krasnodar diyarı Azərbaycanlıları Birliyi olaraq başsağlığı veririk. Allahdan mərhuma Rəhmət diləyirik”, – deyə “Sabahinfo.az”a göndərilən başsağlığında qeyd olunur.