DFJD tərəfindən xaricdəki azərbaycanlılar arasında milli-mənəvi dəyərlərimiz təbliğ olunacaq
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinə start verilib. Layihənin məqsədi xalqımızın milli-mənəvi dəyərlərinin dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli birliyinin möhkəmləndirilməsinə və hüquq azadlıqlarının qorunmasına töhfə verməkdir. Layihənin ümumi hədəfi 5 qitədə yaşayan 50 milyondan artıq soydaşlarımızı öz hüquq azadlıqlarını, milli kimliyini, mədəniyyətimizi, ana dilimizi qorunması üçün maarifləndirmək və təşviq etməkdir.
4 aylıq layihə çərçivəsində İsveç, Norveç, Kanada, Monteneqro, Niderland, Litva, Latviya, Qırğızıstan, Özbəkistan, Avstarliya, Rusiya, Almaniya, Ukrayna, İraq və Estoniyadakı azərbaycanlılar arasında radio verilişlər və diaspor təşkilatlarının saytlarında dərc olunan yazılar vasitəsilə milli-mənəvi dəyərlərimiz təbliğ olunacaq.