“Ulu Öndər Azərbaycan Pediatrlar Assosiasiyasına böyük dəstək verib”
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Pediatrlar Assosasiyasının 41-ci Milli Qurultayı iyunun 25-də öz işini davam etdirib. Qurultayda ilkin olaraq, Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib. Səhiyyə nazirinin müavini İlqar Qasımov açılış mərasimində qeyd edib ki, erkən uşaqlıq dövründə ortaya çıxan problemlərin aradan qaldırılması vacib məsələdir. Bu məsələdə əsas ağırlıq ölkələrin səhiyyə nazirlikləri və pediatrların üzərinə düşür: “İnanıram ki, panel tədbirlərdə müzakirə ediləcək məsələlər uşaqların sağlam böyüməsinə öz töhvəsini verəsək. Ona görə, tədbir iştirakçıları diskusiyalara açıq olmalıdır”.
Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, pediatrlar ailələrimizin dəyərli varlığı olan uşaqların sağlamlığında cavadeh daşıyan şəxslərdir: “Ayrı-ayrı təşkilatlar olsaq da ümimi məqsədimiz sağlam uşaq böytməkdir. Çünki gələcək nəslimizin necə olacağı uşaqların sağlamlığından asılıdır. Dövlət uşaq siyasətinin də əsas məqsədi ölkədə sağlam uşaq böyütməkdən ibarətdir. Bu baxımdan uşaqların sağlamlığı dövlətin prioritet məsələlərindəndir. Bu sahədə təkmil qanunvericilik bazası var və qanunvericiliyimiz günü- gündən təkmilləşdirilir”.
Sədr müavini qeyd edib ki, ana və uşaqların sağlamlığı məsələsi də dövlətin nəzarətindədir: “Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Həmçinin vətəndaş cəmiyyətləri bu sahədə ciddi iş aparır. Valideyinlərin maarifləndirilməsi kimi vacib iş görürlər. Yaxşı olardı ki, gələcək tədbirlərdə valideyinlər də belə tədbirlərə cəlb olunsun. Bu zaman müzakirələrin nəticəsi daha uğurlu ola bilər”.
Deputat Rəşad Mahmudov bildirib ki, uşaq sağlamlığı ölkəmiz üçün prioritet məsələdir: “Bu nəsillərimizdən, milli adət ənənələrimizdən gələn fəaliyyət növüdür. Uşaq sağlamlığı təkcə tibbi baxımdan deyil, həm də onların mənəvi baxımdan yetişməsi, milli dəyərlərə sədaqətli olmaları üçün vacibdir.Odur ki, uşaq sağlamlığının qarşısında durmaq həkimlərin vacib vəzifə borclarındandır. Məhz bu məcbur edir ki, yeni bliklərə nail olaq. İcbari tibbi sığorta sahəsində uğura nail olsaq da elmi-tibbi yeniliklərin tətbiqinə ehtiyac duyulur. Çünki texnologiyalar ənənəvi bilgilərimizin tətbiqinə imkan verir. Pandemiya dövründə peyvəndlərin tətbiqi bunu bir daha təsdiq etdi. Doğru bilgi və doğru yanaşma nəticəsində texnologiyaların tətbiqi daha nəticəli olur. Amma bu texnologiyaların düzgün tətbiq edilməməsi ağrılı fəsadlara səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, xəstələrin müayinə edilmədən diaqnoz qoyulması problemi var. Sevindici haldır ki, Azərbaycan həkimləri bu məsələdə alnı açıq, üzü ağdır”.
Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, ATU-nun dosenti Təranə Tağızadə bildirib ki, Prezident İlhan Əliyevin sərəncamı ilə 2023-cü “Heydər Əliyev ili” elan olunub. Hazırda bütün ölkədə Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyi qeyd edilir: “ Ulu Öndər Azərbaycan Pediatrlar Assosiasiyasına böyük dəstək verib. O, həkimlərin inkişafı, uşaqların sağlamlığı, yüksək ixtisaslı kadrların hazırlanması, peyvəndlərin ölkəyə gətirilməsinə üstünlük verib. Uşaq sağlamlığı ulu öndərin əsas fəaliyyət qayəsi idi. Səhiyyə sahəsində ulu öndər Heydər Əliyev siyasətini hazırda İlham Əliyev və Mehriban xanım Əliyeva uğurla davam etdirir”.
Təranə Tağızadə bildirib: “Assossasiya birbaşa dövlətin səhiyyə sahəsindəki strukturları ilə əməkdaşlıq edir. Həmin strukturlar xüsusən uşaq sağlamlığı ilə bağlı müəyyən layihələrin həyata keçirilməsinə dəstək verir. Bizim həyata keçirdiyimiz layihələr Ümumidünya Səhiyyə Təşkilatı və YUNİSEF kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir”.
T.Tağızadə bildirib ki, sentyabrın 15-17-də Avropa Peditr Assosasiyası Azərbaycanda ilk dəfə reanimasion tıdbirlər üzrə kurs keçirəcək. Bu kurs fövqəladə hallar zamanı yardımın təşkili ilə bağlıdır. Kursda 13 beynəlxalq ekspert iştirak edəcək: “Hesab edirəm ki, bu tədbir bizim uşaqlar üçün xeyirli olacaq. Eyni zamanda həkimlərimizin tibbi biliklərinin artırılmasında böyük rol oynayacaq”.
Onu da bildirək ki, tədbirdə qardaş ölkələrdən olan nüfuzlu tibb mütəxəsisləri iştirak edir.
Tədbir panel müzakirələri ilə davam edir. Müzakirələrdə “Tibbi xidmətin keyfiyyəti. Pediatrlar nə edə bilər?”, Ana və uşaq sağlamlığının mühafizəsində dövlət siyasəti”, “APA-nın Səhiyyə sektorunda təcrübəsi: dünən, bu gün, sabah”, “Nadir xəstəliklər və meonatal skrininq proqramları: beynəlxalq t\crübə” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.