Siyası Online Qəzet

Özbəkistanlı qonaqlar AMEA-da

Özbəkistanın Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun rəhbər heyəti və bir qrup əməkdaşı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Kokand Dövlət Pedaqoji İnstitutunun rəhbərliyi Azərbaycanda səfərdədir.
Görüşdə institutun rektoru, professor Dilnoza Xocayeva, tədris hissəsinin prorektoru Nərgiza Babayeva, Təhsilin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Oybek Bozorov, Birgə təhsil proqramlarının koordinasiya şöbəsinin müdiri Şahnoza Qarşiyeva, Pedaqoji fakültənin dekanı Nigora Erkaboyeva, İbtidai təhsil fakültəsinin dekanı Dilnoza Camoliddinova, Rus dili və ədəbiyyatı kafedrasının müdiri Nigora Kodirova, Planlaşdırma və maliyyə şöbəsinin müdiri Nodir Xolikovd iştirak ediblər.
Tədbiri Dilçilik İnstitunun baş direktoru, professor Nadir Məmmədli açaraq bildirib ki, son illər institutda Azərbaycan-Özbək dillərinin müqayisəli tədqiqinə dair araşdırmalar aparılır, kitablar çap edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, orada imzalanan sənədlər, təşkil olunan yüksək səviyyəli qarşılanma mərasimləri Azərbaycan və Özbəkistan əlaqələrini tamamilə yeni tarixi mərhələ səviyyəsinə qaldırıb. Bu istiqamətlərin içərisində elm sahəsi də özünəməxsus yer tutur.
İclasda professor Nadir Məmmədli Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri professoru adına layiq görülüb.
Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Dilnoza Xocayeva  çıxışında Özbəkistan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin tarixindən, perspektivlərindən söz açaraq dilçilik üzrə hər iki ölkə arasında əməkdaşlığın elmi əhəmiyyətinindən bəhs edib.
Sonra Dilçilik İnstitutu ilə Kokand Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Nadir Məmmədli bundan sonrakı əməkdaşlığın daha intensiv olacağını vurğulayıb.
Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru professor Dilnoza Xocayeva Azərbaycan Dilçilik İnstitutunun Fəxri professoru seçilib.
Qonaqlar görülən işlərin davamlı olacağını bildiriblər.

Qeyd edək ki, Kokand Dövlət Pedaqoji İnstitutunun rəhbərliyinin Azərbaycana səfəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə həyata keçirilir və İnstitut rəhbərliyinin Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və digər ali təhsil ocaqlarımızda görüşlərin keçirilməsi, əməkdaşlıq məsələlərinin müzakirə edilməsi nəzərdə tutulub.

image-79ce43d5-fa29-45ef-9fbe-6582dadd9eb5 image-f1125c57-5c52-4bb5-a770-f5913c6e75b1