Türkiyənin “Ulusal” kanalında yayımlanan “Azərbaycan rüzgarı”nın növbəti verilişi Heydər Əliyevə həsr olunub
Türkiyə televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Bildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bu səbəblə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Türkiyənin “Ulusal” kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti verilişi bu münasibətlə hazırlanıb. Verilişdə bu il Heydər Əliyevlə bərabər, eyni zamanda akademik, tibb elmləri doktoru, Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyevanın da doğumunun 100-cü il dönümü qeyd olunub. Veriliş boyu iki böyük şəxsiyyət haqqında videoçarxlar göstərilib. Verilişə qonaq olan Azərbaycanın məşhur balaban ustadı Əlixan Səmədov, müğənni Elgün Quliyev, türkiyəli müğənni Kırgız Başar, musiqiçi Günel Şahin Adıgözəl ifaları ilə və “Dastanların rəqsi” rəqs ansamblı rəqsləri ilə Heydər Əliyev və Zərifə Əliyeva yad edilib.
Proqramın müəllifi və aparıcısı telejurnalist, İstanbul Universiteti doktorantı Səidə Ömər bildirib ki, bu, mövsümün son verilişi olub və tamaşaçılarla müvəqqəti sağollaşıb: “Artıq 4 ildir ki, yayımlanan “Azərbaycan rüzgarı” proqramının kifayət qədər tamaşaçısı var. Bu səbəblə növbəti mövsümdə yenidən onların görüşünə gəlməyə tələsir”.