Ulu öndərin sevdalısı olan gənc
Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə qoyduğu miras və gənclərin Ulu öndərə olan sevgisi mövzusunda gənc ictimai fəal Ceyhun Süleymanov fikirlərini bizimlə bölüşdü. Ceyhun Süleymanov uşaqlıq yaşlarından ulu öndər Heydər Əliyev sevdalısı olduğunu bildirdi. Məktəb illərində və tələbəlik illərində Heydər Əliyev ilə bağlı bir çox tədbirlərin iştirakçısı olmuşdur Hal – hazırda da Ulu öndər siyasətini gənclər arasında aşılanması istiqamətində işlərin davam etdirir və ömrünün sonuna kimi bu yolda irəliləyəcəyini vurğulayaraq bildirdi ki, gənc Azərbaycan vətəndaşlarını Heydər Əliyev siyasəti ruhunda böyüməsini hər zaman arzu etmişdir.
Ceyhun Süleymanov, həmçinin şəhid ailələrinin və aztəminatlı ailələrin hər zaman xidmətində olduğunu və əlində gələn köməyi etdiyini və bundan sonra da edəcəyini bildirdi.
Biz də birliyimiz adından Ceyhun Süleymanovu Ulu öndər Heydər Əliyevin siyasətinin gənclər arasında aşılanmasında göstərdiyi xidmətlərdən dolayı “Dəmir yumruq” mükafatı və fəxri diplomla təltif etdik. Ceyhun Süleymanova işlərində uğurlar arzulayırıq.
Nərmin Səfərova